8 C
Baku
Monday, November 18, 2024

Kim Çen In nüvə müharibəsinə hazırlaşır

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ordu və hərbi sənaye müəssisələrinin, o cümlədən nüvə silahı istehsalı ilə bağlı müəssisələrin qarşısına müharibə hazırlığını sürətləndirmək vəzifəsi qoyub.

Bu barədə o, səkkizinci çağırış Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin IX Plenumunun genişləndirilmiş iclasında müvafiq bəyanatla çıxış edib.

Kim Çen In vurğulayıb ki, Koreya yarımadasında ABŞ və onun peyklərinin misli görünməmiş “hiylə”lərinə görə belə tədbirlər görülməlidir.

Bundan əvvəl Kim Çen In təxribatlara nüvə zərbəsi ilə cavab verəcəyini vəd etmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər