16 C
Baku
Tuesday, April 30, 2024

Kim Çen In Putini Şimali Koreyaya səfərə dəvət edib

KXDR lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı onu Şimali Koreyaya səfərə dəvət edib. KİV-in məlumatına görə, Rusiya prezidenti dəvəti qəbul edib, Banker.az bu barədə Kommersanta istinadən xəbər verir.

“Ziyafətdən sonra hörmətli yoldaş Kim Çen In prezident Putini ürəkdən münasib vaxtda Koreya Xalq Demokratik Respublikasına səfərə dəvət edib. Prezident Putin dəvəti məmnuniyyətlə qəbul edib”, – mesajda deyilir.

Kim Çen In Rusiyaya sentyabrın 12-də gəlib. Onun Vladimir Putinlə görüşü sentyabrın 13-də səhər saatlarında Vostoçnıy kosmodromunda baş tutub. Genişləndirilmiş formatda danışıqlar bir saata yaxın davam edib. Sonra Rusiya prezidenti ilə KXDR liderinin təkbətək söhbəti olub. Vladimir Putinin sözlərinə görə, o və KXDR lideri Uzaq Şərq regionundakı vəziyyətlə bağlı “səmimi fikir mübadiləsi” aparıblar və kənd təsərrüfatını da müzakirə ediblər. Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Kim Çen In Rusiya Federasiyası ilə KXDR arasında tibb və təhsil sahəsində əməkdaşlıq imkanlarına böyük maraq göstərir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər