5 C
Baku
Saturday, December 14, 2024

Kim Kardaşyan milyarder oldu

Sahibkar və “Kardaşyan ailəsi” realiti-şousunun təşəbbüskarı və ulduzu Kim Kardaşyan milyarder olub.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

“Forbes” onun sərvətini 1 milyard dollar olaraq qiymətləndirib.

Hələ oktyabr ayında Kardaşyanların sərvəti 780 milyon dollar təşkil edib. Arzulanan məbləğə çatmağa onlara “KKW Beauty” kosmetika şirkəti, “Skims” geyim istehsalı firması, eyni zamanda realiti-şoular və kiçik investisiyalar kömək edib.

Kim Kardaşyan “KKW Beauty” brendinin əsasını 2017-cu ildə qoyub. Və müştərilərini əsasən sosial şəbəkələrdəki izləyicilər sayəsində cəlb edib. 2018-ci ildə biznes genişlənib və təxminən 100 milyon gəlir gətirib. 2020-ci ildə sahibkar şirkətin 20%-ni 200 milyon dollara kosmetika konqlomeratı olan “Coty”yə satıb. Razılaşmadan sonra şirkət 1 milyard dollar dəyərində qiymətləndirilib.

“Skims” şirkətini Kardaşyan 2019-cu ildə “Net-a-Porter”in qurucusu Natali Massen və Endrü Rozenin dəstəyi işə salıb. Dünyaca tanınmış Kim bur dəfə də yeni brendini sosial şəbəkələrdəki izləyiciləri sayəsində gündəmə gətirib. “Forbes”un qiymətləndirmələrinə görə, şirkətin dəyəri təxminən 500 milyon dollar təşkil edir.

2012-ci ildən başlayaraq Kim Kardaşyan televiziya şoularından, mobil oyunlardan, Kaliforniyadakı daşınmaz əmlakdan, həmçinin “Disney”, “Amazon”, “Netflix” və “Adidas” səhmlərindən ən az 10 milyon dollar qazanıb. Bu qiymətli kağızları ona 2017-ci ildə Milad bayramında keçmiş həyat yoldaşı, repçi Kanye Uest hədiyyə edib.

2020-ci ilin iyun ayında “Forbes” Kim Kardaşyanın bacısı model Kayli Cenneri dünyanın ən çox qazanan məşhuru adlandırıb. Eyni zamanda, nəşr Cenneri milyarder hesab etməkdən imtina edib. Jurnal onun bir neçə ildir kosmetik biznesinin miqyası barədə yalan danışdığını üzə çıxarıb.

Son xəbərlər
Digər xəbərlər