14 C
Baku
Saturday, November 16, 2024

“Kimin bankda hesabı varsa, o hesablara avtomatik olaraq pul köçürüləcək”

“Vətəndaşın etməli olduğu heç nə yoxdur. Çünki hər bir vətəndaşın, həm birinci, həm də ikinci devalvasiya dövründə mövcud olan kredit borclarının qalıqları barədə  banklarda kifayət qədər müfəssəl məlumatlar var”.

Bunu birinci vitse prezidentin köməkçisi Emin Hüseynov dövlət televiziyasının efirində vətəndaşların kreditləri ilə bağlı hara müraciət etmələri  məsələsinə aydınlıq gətirərkən deyib. O qeyd edib ki, bunların hər biri üzrə fərmanda Maliyyə  Bazarlarına Nəzarət Palatasına tapşırıq verilir ki, Mərkəzi  Bankla birlikdə  kompensasiyanın ümumi məbləğinin müəyyənləşdirilməsi , konkret ödəniş prosedurunun formalaşdırılması , həmçinin bu ödənişin həyata keçirilməsi  ilə bağlı zəruri tədbirlər görülsün:

“Bu iş 45 gün müddətində yekunlaşdırılacaq. Ümumiyyətlə isə, bütün kompensasiyaların  3 ay müddətində  verilməsi təmin edilməlidir.  Bu siyahı müəyyənləşdirildikdən sonra  kimin  bank sistemində mövcud hesabları varsa, o hesablara avtomatik olaraq pul köçürüləcək.  Bir çox hallarda artıq kreditlərini bağlamış  vətəndaşlar  bu vəsaiti nağd şəkildə də əldə edə biləcəklər.  Yaxud onlar üçün müvafiq banklarda  hesablar açılacaq.  Həmin hesablara da bu vəsaitlər yerləşdiriləcək”.

Son xəbərlər
Digər xəbərlər