15 C
Baku
Saturday, April 20, 2024

Kiminin əvvəli –kiminin axırı

Böhran beynəlxalq bank sisteminə heç də təsirsiz ötüşmədi. Bir sıra banklar öz ömürlərini başa vurdu və indi əvvəllər pul saxlanılan binalarda gözəl və təmtəraqlı otellər yerləşir. Onların ilk beşliyini sizə təqdim edirik. 

Mandarin Oriental   Barselona, İspaniya

В 1955-ci ildə Passeig de Gracia (analoq Oksford strit) Banco Hispano Americo bankı açılır. Bu gün həmin binada Mandarin Oriental oteli yerləşir. Memarlıq tərzi modern və minimalizm üslublarının qarışığıdır. İnteryerdə tipik bank avadanlıqlarından geniş istifadə olunub: seyflər, kassalar, qutular. Binanın damında bar yerləşir, oradan şəhərə gözəl mənzərə açılır.

Westin   Dublin, İrlandiya

westin

Allied İrish bankının keçmiş binası 19-cu əsrdə ucaldılıb, indi o Dublinin ən dəbli otellərindən birinə çevrilib. Binanın zirzəmisində bar fəaliyyət göstərir, bura işgüzar mərkəzin sakinləri gərgin iş günü bitdikdən sonra bir iki qədəh içmək üçün enirlər. Bankın zalı yenidən əvvəlki şəklinə qaytarılıb, onun əvvəlki ölçüsü geri qaytarılıb, indi zal şamdanların işığında qızılı rəngdə parıldayır. Təəccüblü deyil ki, otelin bu hissəsini əsas nikah mərasimlərinin təşkili üçün istifadə edilər.

 Banke  Paris, Fransa

banke

Credit Commerciale Bankının keçmiş binasında özünə məskən salmış Banke oteli 19 metr hündürlüyündə şüşə günbəzi olan əzəmətli bir binadır. Girişin döşəməsi mozaikalar ilə bəzədilib. Qonaqlar üçün isə qızılı rəngdə dəri işə örtülmüş gözəl bir divan quraşdırılıb. Otelin ziyarətçiləri axşam tərəfi ənənəvi çay içmək mərasiminə hazırlaşanda, oteldəki abı hava “belle epoque” (gözəl əsri) xatırladır.

de Rome  Berlin, Almaniya

de%20rome

Şərqi Berlinin ən gözəl otellərindən biri Dresdner Bankın baş ofisininin binasında yerləşir. 19-cu əsrin memarlıq abidəsi ilk kirayənişinlərini 2006-cı ildə qəbul edib. Zirzəmidə 800 kvadrat kilometr sahəsi olan spa-mərkəzi və hovuz yerləşir. Həmçinin oteldə çox dadlı pirojnalar bişirilən kafe də fəaliyyət göstərir.

Icon   Hyuston, Texas, ABŞ

icon%202

Otelin binası əvvəllər Union National bankına məxsus olub. Memarlıq elementlərinin və interyerdə istifadə olunan əşyaların əksəriyyəti 1911-ci ildəki kimi saxlanılıb (baxmayaraq ki, bərpa işlərinə 35 min dollara yaxın vəsait ayrılıb). Voice restoranı bankın ən iri otaqlarından birində yerləşir. Restoran öz mətbəxinin zənginliyinə görə bütün şəhərdə məşhurdur.

Son xəbərlər
Digər xəbərlər