Artıq Əmlak vergisi üzrə Vergi Məcəlləsində olunan dəyişikliklərə əsasən, 01.01.2015-ci il tarixindən etibarən, fiziki şəxslər cari ildən binaların inventar dəyərinə görə deyil, binaların sahəsinin hər kvadratmetrinə görə əmlak vergisini ödəməli olacaq.
Lakin, qanunda olmuş yeni dəyişikliklərə əsasən, 2015-ci ildən yaşayış sahəsi 30 kv metrdən aşağı olduqda vergi hesablanmayacaq.
Misal üçün, əgər sizin eviniz 100 kv m metrdirsə onda bu rəqəmdən 30 kv m. çıxılacaq və siz illik olaraq, 70 kv.m. vergisini ödəyəcəksiniz. Lakin bu, güzəşt yaşayış sahələrinə münasibətdə tətbiq olunur.
Bina Bakı şəhərində yerləşdikdə
Həmin dərəcələrə Nazirlər Kabinetinin müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq ediləcəkdir. Məsələn, əgər fiziki şəxsin mülkiyyətində Bakı şəhərində, 60 kv.m. sahəsi olan yaşayış eviniz mövcuddur. Nazirlər Kabinetinin müəyyən etdiyi əmsalı şərti olaraq 1,1 qəbul etsək, evinizə görə əmlak vergisi aşağıdakı qayda ilə hesablanacaq:
(60 kv.m. – 30 kv.m. ) x 0,4 manat x 1,1 = 13,2 manat
Sumqayıt şəhərində yerləşdikdə
Əgər fiziki şəxsin mülkiyyətində 85 kv.m. sahəsi olan mənzili və sahibkarlıq məqsədi üçün istifadə etdiyi 25 kv.m. sahəsi olan obyekti varsa, bu halda əmlak vergisi aşağıdakı qaydada hesablanacaq:
(85 kv.m. – 30 kv.m.) x 0,3 manat = 16,5 manat 25 m 2 x 0,3 manat = 7,5 manat
Cəmi: 16,5 manat + 7,5 manat = 24 manat
Aşağıdakı cədvəldə Əmlak vergisi üzrə Vergi Məcəlləsində baş verən dəyişikliklər haqqında daha ərtaflı məlumat əldə edə bilərsiniz.