8 C
Baku
Thursday, February 29, 2024

“Kimsə nağdsız iqtisadiyyata qarşı çıxırsa, deməli o, rüşvət alıb-verməkdə maraqlıdır”

“Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsinə bir neçə dəfə cəhd olsa da, alınmayıb. Bu dəfə isə alınacaq. Çünki bu məsələdə ilk növbədə dövlət başçısı maraqlıdır”.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli (İmanov) Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda deyib.

Onun sözlərinə görə, rüşvət alan və verən şəxslər nağdsız ödənişlərin genişləndirilməsinə maraqlı deyil: “Siz hardasa görmüsünüz ki, kimsə rüşvəti plastik kartla ödəsin və yaxud alsın? Əgər kimsə nağdsız iqtisadiyyata qarşı çıxırsa, deməli o, rüşvət alıb-verməkdə maraqlıdır. Dünyada plastik kart istifadəçiləri üçün bir neçə qadağa var, onların hamısını Azərbaycan tətbiq edir. Amma dünyada olan təşviqlərin heç biri ölkədə tətbiq edilmir. Bəzi Avropa ölkələrində belə bir tələb var ki, əgər kimsə 2 000 avrodan çox dəyəri olan nə isə alırsa, bunun ödənişini mütləq nağdsız formada etməlidir”.

© Report

Son xəbərlər
Digər xəbərlər