10 C
Baku
Monday, December 9, 2024

Kino Agentliyinin Nizamnaməsi təsdiqlənib – Fərman

Prezident İlham Əliyev Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Müəyyən edilib ki, Azərbaycan Respublikası Kino Agentliyinin nizamnamə fondu 100 000 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Mədəniyyət Nazirliyinə tapşırılıb ki, Agentlik dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin.

Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və Baş direktordur.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi Baş direktor həyata keçirir. Baş direktoru Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəyə təyin və vəzifədən azad edir. Baş direktorun səlahiyyət müddəti 4 ildir. Baş direktorun mədəniyyət naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini var.

Şura Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura sədr və onun iki müavini daxil olmaqla, 3 üzvdən ibarətdir. Şuranın üzvlərini Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir. Bu Nizamnamə ilə müəyyən edilən hallar istisna olmaqla, Agentliyin fəaliyyəti ilə bağlı məsələlərə dair qərar qəbul etməkdə Şura müstəqildir.

Son xəbərlər
Digər xəbərlər