1 C
Baku
Saturday, December 14, 2024

Kipr hökuməti qanunsuz olaraq 3000-dən çox “qızıl pasport” verib

Kipr hökuməti qanunsuz olaraq 3.5 min xarici vətəndaşa “qızıl pasport” verib. Xatırladaq ki, Kipr investisiya qarşılığında vətəndaşlıq proqramını 2020-ci ilin 1 noyabr tarixində ləğv edib.

13 il ərzində ölkə hökuməti buna icazə verən qanunların olmamasına baxmayaraq, 6779 “qızıl pasport” verib, onların yarıdan çoxu investorların yetkin yaşına çatmış qohumlarının payına düşüb.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə verilən pasportlarla bağlı problemləri araşdıran Komissiyanın hesabatına istinadən “Associated Press” yazıb.

İnvestisiya qarşılığında vətəndaşlıq proqramının yanlış başa düşülməsi sayəsində hökumət xarici və yerli şirkətlərə “qızıl pasportlar” verməyə davam edib. Komissiya idarəçilərin şirkətlərə sahib olmadıqları üçün investor hesab edilə bilməyəcəyini vurğulayıb.

Komissiya həmçinin “qızıl pasportlar” üçün müraciətlərə baxılması prosesində “ciddi çatışmazlıqlar” aşkar edib. Belə ki, Daxili İşlər Nazirliyi investorların müraciətlərini yoxlamaq üçün verilənlər bazasının olmaması üzə çıxıb.

2020-ci ilin noyabrında Kipr prezidenti Nikos Anastasiadis investisiya proqramı çərçivəsində vətəndaşlığın verilməsi hallarını araşdırmaq üçün komissiya yaradıb.

Son xəbərlər
Digər xəbərlər