14 C
Baku
Thursday, April 25, 2024

Kiprin bank sistemi

Kiprin bank sistemi Britaniya modeli əsasında formalaşıb və özündə Mərkəzi bankı, 19 rezident bankı və beynəlxalq bank təşkilatlarını birləşdirir. Kiprin iki nəhəng bankı – Bank of Cyprus, Marfin Laiki və yunan Hellenic bankları vətəndaşların və şirkətlərin əsas hesablarına xidmət edir. Kipr bankları biznes və fiziki şəxslərin ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulmuş geniş xidməti sahəsinə malikdir. Burada ən məşhur və geniş yayılmış xidmətlərdən biri ipoteka kreditləridir.

Kipr bankları ipoteka kreditlərini daşınmaz əmlakın dəyərinin 70%-ə qədər olan həcmində verirlər. Adətən vəsaitlər avro ilə verilir, lakin bəzi hallarda əcnəbi valyuta ilə də kreditlərin verilməsi mümkündür. Əcnəbi vətəndaşın kredit ödənilməsi prosesi xarici mənbələrdən edilməlidir. Avro ilə kreditlərin ödənilməsində maksimum müddət 40 il, xarici valyutada isə 15 ildir.

Kiprdə ipoteka krediti əldə etmək istəyən əcnəbi vətəndaş banka aşağıdakı sənədləri təqdim etməlidir:

•    daxili və xarici pasportların surətləri;
•    iş stajı və gəlirlərlə bağlı iş yerindən arayış;
•    xarici bankdan tövsiyə məktubu;
•    son 6 ay ərzində edilən hesab fəaliyyəti barədə şərh;
•    xaricdə əmlaka sahib olmanı təsdiq edən sənədlərin surəti;
•    əlavə gəlir mənbələrini təsdiq edən sənədlər (kirayə və s.)

Təqdim edilən sənədlərə əlavə olaraq bank əlavə tamamlayıcı məlumatlar və sənədlər tələb edə bilər. Kredit əldə etmək üçün edilən müraciət kreditin həcmindən asılı olaraq bir neçə gündən bir aya qədər çəkə bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər