Kirayə mənzillərin satışına dəqiqələr qalmış sistem çökdü – Foto

Xəbər verdiyimiz kimi, bu gün saat 10:00-da Azərbaycanda kirayə mənzillərin satışına başlanılır. 

Müraciətlərə dəqiqələr qalsa da, İpoteka və Kredit Zəmanət Fondunun elektron ipoteka səhifəsində problem yaranıb.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

İstifadəçilər sistemə ASAN İmza ilə daxil olmağa çalışsa da, sistem çöküb.

Məsələ barədə İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidməti ilə əlaqə saxlasaq da, buna müvəffəq ola bilmədik. 

Qeyd edək ki, artıq bununla bağlı çoxsaylı şikayətlər daxil olmaqdadır. 

Xatırladaq ki, MİDA-nın həyata keçirdiyi sosial mənzillərin satışı prosesində də analoji problem yaranmış, sistemin çökməsi səbəbindən satış ləğv edilmiş, daha sonra yenidən baş tutmuşdu. 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları