1 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Kirayədə qalanların ünvanlı sosial yardım almasına məhdudiyyət yoxdur – RƏSMİ

“Kirayədə qalan şəxslərin ünvanlı dövlət sosial yardımı (ÜDYS) alması üçün hər hansı məhdudiyyət yoxdur”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, kirayədə qalan şəxs kirayə müqaviləsi imzalayıbsa, bu halda həmin kirayə xərcləri şəxsin ünvanlı dövlət sosial yardımının üzərinə əlavə olunur: “Bununla bağlı şəxs ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edəndə kirayə müqaviləsinin müvafiq rekvizitlərini ərizə bəyannaməsində göstərməlidir. Bu halda həmin şəxsin ÜDYS məbləği müəyyən edilən zaman göstərilən kirayə xərcləri də onun ümumi xərclərində nəzərə alınmaqla ÜDYS məbləği müəyyən edilir”.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər