Dənizətrafı ərazilərdə kirayə bağ evlərinin qiymətlərində əvvəlki illərlə müqayisədə kəskin bahalaşma var.
2023 və 2024-cü illərlə müqayisədə bağ evlərinin qiymətində iki dəfəyə qədər artım müşahidə edilir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucov deyir ki, bunun əsas səbəblərindən biri tələbin ildən-ilə artmasıdır.
Ən bahalı evlər isə Bilgəh, Buzovna, Şüvəlan, Mərdəkan və Novxanıdadır. Buradakı bağ evləri hovuzlu, kinoteatrlı, hətta tennis kortlu da ola bilir. Bu isə qiymətə birbaşa təsir göstərir.
Xaricdə istirahətə getmək istəyənlər ölkədə qalmağa üstünlük verirlər.
Cəmiyyətin sədri onu da əlavə etdi ki, bu artım tendensiyasının növbəti illərdə də davam etməsi istisina edilmir.