21 C
Baku
Saturday, September 13, 2025

Kirayə bazarında qiymətlər “əl yandırır”

Ali təhil ocaqlarında yeni tədris mövsümü ilə əlaqədar rayonlardan paytaxtdakı universitetlərə tələbə axını başlayıb. Belə bir məqamda isə valideynləri bir sual düşündürür. Övladları üçün bu böyük şəhərdə münasib və cibə uyğun kirayə mənzil tapmaq … Bəs görəsən bu mənzillərin kirayə haqqı hər cibə uyğundurmu?

Ekspertlərin sözlərinə görə hazırda kirayə bazarında artım var və bu artım davam edə bilər.

Daşınmaz əmlak eksperti Ramil Qasımzadə bildirib ki, mənzillərin kirayə qiymətində 50-100 AZN aralığında artım var.

“Paytaxtdakı mənzillərin kirayə qiymətində 50-100 AZN aralığında artım müşahidə edilir. Bu artım davam da edə bilər. Bazarda tələb yüksəkdir, lakin təklif isə azdır. Bu səbəbdən fürsətdən istifadə edən işbaz ev sahibləri də qiymətləri artırırlar. Əvvəl 300 AZN-ə kirayə verilən mənzil hazırda 350-400 AZN-ə təklif edilir. 400 AZN-ə kirayə verilən evlər isə 400-450 AZN aralığında dəyişir”.

Ekspert onu da qeyd edib ki, tələbələr büdcələri az olduğundan daha çox bir və ikiotaqlı mənzillərə üstünlük verirlər.

Ramil Qasımzadənin sözlərinə görə, paytaxtdakı ən baha kirayə qiymətləri Nərimanov, Nəsimi, Yasamalın bir hissəsi və Səbail rayonundadır. Nizami və Xətai rayonlarında isə orta qiymətə kirayə mənzillər tapmaq mümkündür. Ən ucuz kirayə mənzillər Bakı ətrafı ərazilər, yəni Qaradağ, Sabunçu, Suraxanı rayonlarındadır.

Ekspertlər bildirirlər ki, tələbələr bəzən mənzil tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən çıxış yolu kimi bir neçə tələbənin birləşib bir evi kirayə götürməsi variantı indi daha çox aktuallaşıb.

 

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər