17 C
Baku
Saturday, May 18, 2024

Kirayə mənzillərə dair sahə mülkiyyətçinin hüquqları müəyyənləşir

Satmaq öhdəliyi ilə verilən kirayə mənzillərə dair sahə mülkiyyətçinin hüquqları müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş Mənzil Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsi kirayəçinin istifadəsinə verildiyi tarixdən kirayə hüquq münasibətlərinə xitam verilənədək çoxmənzilli binanın sahə mülkiyyətçisinə məxsus hüquq və vəzifələr həmin kirayəçiyə verilir. Kirayəçi sahə mülkiyyətçisinə məxsus hüquq və vəzifələri, o cümlədən ümumi əmlaka sərəncam verilməsinə dair sahə mülkiyyətçisinin səlahiyyətlərini yalnız yaşayış sahəsinin mülkiyyətçisinin yazılı razılığı əsasında həyata keçirə bilər.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər