-1 C
Baku
Sunday, December 15, 2024

Kişi və qadın beyni arasındakı əsas fərqlər

Artıq çoxdan sübut olunmuşdur ki, qadın beyni kişi beynindən 10% daha kiçikdir. Lakin bu fərq intellekt səviyyəsinə təsir etmir.

Maraqlıdır ki, yaşa dolduqca kişi beyni qadın beynindən daha tez kiçilir.

Qarşıya qoyulmuş eyni tapşırığın həlli üçün qadın və kişilər beyinlərinin müxtəlif hissələrindən istifadə edirlər.

Əgər bir kişi azarsa hərəkət istiqaməti və getdiyi məsafəni, qadın isə yoldakı obyektləri yadda saxlayır. Vəziyyət sükan arxasında da belədir: kişilər yolu məsafəyə, qadın isə mağazaların vitrinləri və bir çox yol reklamlarına görə yadda saxlayır.

Kişilər məlumatı sürətli şəkildə qəbul edir, bu səbəbdən də tez reaksiya verirlər. Lakin…

Qadınlar eyni anda bir neçə məlumat axınını qəbul edə bilər. Bu cəhət isə öz növbəsində kişiləri yalnızca qıcıqlandırmağa xidmət edir.

Kişilər dəqiq, qadınlar isə humanitar elmlərdə daha yaxşıdırlar.

Qadınlar kişilər ilə müqayisədə danışmağı daha çox sevirlər. Bu cür ünsiyyətlilik beyində məmnuniyyət mərkəzinin işi ilə bağlıdır.

Kişi və qadınlar onları qıcıqlandıran səslərə müxtəlif şəkildə reaksiya verirlər.

Qadında etibar hissini yaratmaq üçün onu 20 saniyə ərzində səmimi qucaqlamağınız kifayətdir.

Qadınlar gün ərzində kişilərin istifadə etdiyi sözlərdən 3 dəfə artıq söz işlədirlər.

Qadınlarda təşkilatçılıq bacarığı daha yaxşı inkişaf edib.

Kişilərin eşitmə qabiliyyəti qadınlarda olduğundan nisbətən zəifdir. Bu səbəbdən də qadınlar ən asta intonasiyaları duya bildikləri halda, kişilər heç də həmişə buna nail olmurlar.

Qadınlar təbiət baxımından ünsiyyətə, kişilər isə aqressiv davranışa meyillidir. Buna görə də, kişilər daha çox davaya yol verirlər. Məhz kişilərin bu səbəbə görə uzun müzakirələrə davam etməmələri qadınları qıcıqlandırır. Məsələ isə ondadır ki, kişilərin nitqi zəif inkişaf etmişdir.

Əgər yolun üzərində top varsa kişi ona təpiklə zərbə endirəcək, qadın isə yaxşı halda onu əli ilə götürəcək və sinəsinə sıxacaq.

Son xəbərlər
Digər xəbərlər