9 C
Baku
Friday, December 13, 2024

Kisida yenidən Yaponiyanın hakim partiyasının rəhbəri postuna namizədliyini irəli sürməyəcək – Yenilənib

17:16

Yaponiyanın Baş naziri Fumio Kişida növbəti ayda vəzifəsindən istefa verəcəyini bəyan edib.

Ölkəni üç il boyunca idarə edən hökumət başçısı bəyan edib ki, seçkidə iştirak etməyəcək:

“Mən bu qərarı ona görə verdim ki, xalq partiyamızın daxilindəki dəyişiklikləri yetərincə hiss etsin. Hesab edirəm ki, parlament və hökumət fəaliyyətini yeni siyasi fiqurların rəhbərliyi ilə davam etdirməlidir. Xalqın etimadının yalnız bu üsulla bərpası mümkündür”.

O bildirib ki, bundan sonrakı fəaliyyətini Yaponiya parlamentinin üzvü qismində davam etdirəcək.

Qeyd edək ki, siyasi müşahidəçilər bu qərarın ölkənin təbii fəlakətlərə hazır olmadığı ilə bağlı silsilə açıqlamalar fonunda verdiyini ehtimal edir.

***

08:58

Fumio Kisida Yaponiyanın hakim Liberal Demokrat Partiyasının rəhbəri postuna yenidən namizədliyini irəli sürməyəcək.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd edək ki, ölkənin Liberal Demokrat Partiyasının rəhbəri postuna seçkilər sentyabrda keçiriləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər