24 C
Baku
Monday, April 29, 2024

Kitab ən yaxşı müəllimdir

1. Mədəniyyət oxuduğunuz kitabların sayı deyil, dərk etdiklərinizdir.

2. Kitab oxuyan insanlar həmişə televizora baxan insanları idarə edəcək.

3. Kitab həmişə filmdən yaxşıdır, çünki oxuyarkən sizin təəssüratlarınıza məhdudiyyət qoyulmur.

4. Daha çox oxuduqca, daha az təqlid edirsən.

5. Insanlar iki kateqoriyaya bölünür: kitab oxuyanlar və onlara qulaq asanlar.

6. Bədənin fiziki məşqə ehtiyacı olduğu kimi beynin də mütaliəyə ehtiyacı var.

7. Son 90 gün ərzində əlinə kitab almamaqdan daha pis bir şey var: 90 gün ərzində əlinə kitab almamaq və bunun fərqində olmamaq.

8. Kitabı yandırmaqdan daha ağır cinayət – onları oxumamaqdır.

9. Ağıllı olmaq üçün 10 kitab oxumaq kifayət edir, lakin həmin 10 kitabı tapmaq üçün minlərlə kitab oxumaq lazımdır.

10. Kitab zaman dalğalarında səyahət edən və qiymətli yükü nəsildən- nəsilə daşıyan düşüncələr gəmisidir. © Frensis Bekon

11. Yadda saxlayın ki, siz oxuduqlarınızdan ibarətsiniz. © Cim Ron

12. Kitablara etibar et, o ən yaxın dostdur. Onlar lazım olduğu vaxt susar və ehtiyac olduqda isə sənin qarşında bütün dünyanı açaraq danışarlar.

13. Yaxşı kitab səkkizdə yeddi hissəsi suyun altında gizli olan aysberqə bənzəyir.

14. Yaxşı müəlliflərin yaxşı yazılarını oxuduqca sən də yaxşı danışmağı öyrənirsən.

15. Necə ki dama-dama göl olar, eləcə də sənin oxuduğun hər bir cümlə sənin biliyini formalaşdırar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər