8 C
Baku
Thursday, December 5, 2024

Kitablar…

  • Gözəl kitablar yazan müəllifləri oxuduğumuz zaman biz özümüz də gözəl danışmağa başlayırıq.
  • Mədəniyyət oxunulmuş kitabların sayı ilə deyil, başa düşülmüş kitabların sayı ilə təyin olunur.
  • Kitab oxuyan insanlar hər zaman televizora baxan insanları idarə edəcək.
  • Kitab hər zaman bir filmdən daha yaxşıdır. Çünki kitablarda xüsusi effektlərə məhdudiyyət yoxdur.
  • Siz nə qədər çox oxuyursunuzsa, bir o qədər az başqalarını yamsılayırsınız.
  • İnsanlar iki kateqoriyalara bölünürlər: kitab oxuyan insanlar və kitab oxuyanlara qulaq asanlar.
  • Dama, dama göl olar. Eləcə də oxuduğumuz kitablarımızın sayəsində biliklərimiz formalaşır.
  • Bədən üçün idman hərəkətləri nə deməkdirsə, ağıl üçün də kitab oxumaq o deməkdir.
  • Ağıllı olmaq üçün 10 kitab oxumaq kifayətdir. Lakin bu 10 kitabı tapmaq üçün minlərlə kitab oxumaq gərəkdir.
  • Kitablara etibar edin. Onlar ən yaxın dostlardır.

P.S. «Kitablar zaman dalğaları üzərində səyahət edən və ehtiyatı nəsildən nəsilə çatdıran düşüncələr gəmisidir». Frensis Bekon.

Son xəbərlər
Digər xəbərlər