®İtalyan brendi olan Kiton, lüks və yüksək keyfiyyətin simvoludur, burada hər bir geyim elementi qüsursuz sənətkarlığın və zamanla sınaqdan keçirilmiş detallara diqqətin nəticəsidir. Əsası 1968-ci ildə Neapolda qoyulmuş Kiton başlanğıcından etibarən yüksək dəbi dəyərləndirənlərin qəlbini fəth etmişdir. Onun istehsal etdiyi kişi kostyumları hər bir detalı inanılmaz dərəcədə diqqətlə hazırlanan əl işidir. Bir kostyumun hazırlanması üçün 25 saata qədər vaxt tələb oluna bilər ki, bu da onu təkcə qarderob predmeti deyil, həm də əsl sənətkarlıq simvolu edir.
Lakin Kiton brendi təkcə kişi geyimlərindən ibarət deyil. Bugün brend öz üfüqlərini genişləndirərək qadınlar üçün kolleksiyalar, zərif aksessuarlar, istehsal və dizayn baxımından eyni dərəcədə qüsursuz olan ayaqqabılar təklif edir.
Kiton parçalarının sirləri: nadirlik və sənətkarlıq
Kiton brendinin əsas sirlərindən biri də parçalar seçimidir. Brend materialları incələyərək seçir və çox vaxt onları fərdi layihəyə uyğun olaraq sifariş verir. Məsələn, kostyumlarda dünyanın ən nadir və ən bahalı parçası olan vikunya yunundan istifadə olunur. Bu heyvanı 3 ildən-bir qırxırlar, buna görə də parça inanılmaz dərəcədə eksklüziv hesab olunur. Ancaq iş bununla bitmir: Kiton brendinin əksər parçaları mükəmməl keyfiyyət və tekstura əldə etmək üçün 1960-cı illərdən qorunub saxlanılan və təkmilləşdirilən qədim texnologiyalardan istifadə etməklə istehsal olunur.
Brendi özünəməxsus edən nədir?
Kiton brendinin əsas xüsusiyyətlərindən biri onun yarım əsrdən çox müddətdir dəyişməz unikal tikiş və istehsal texnologiyasıdır. Bütün kostyumların tikildiyi Neapoldakı fabrikdə kiçik, lakin yüksək ixtisaslı bir komanda çalışır. İl ərzində şirkət hər biri əsl sənətkarlıq nümunəsi olan 20 mindən çox olmayaraq kostyum istehsal edir.
Parçaların nəinki gözəl görünməsinə, həm də unikal xüsusiyyətlərə malik olmasına xüsusi diqqət yetirilir. Məsələn, Kiton brendinin parçaları sahibinin bədən quruluşunun xüsusiyyətlərini “yadda saxlamağa” qadirdir və hər bir geyim onun qarderobuna daxil olduqdan bir neçə gün sonra artıq onun bədəninə mükəmməl şəkildə “oturur”. Şirkət tərəfindən patentləşdirilmiş bu texnologiya Kiton geyimlərini daha da fərdiləşdirir.
Bakıda Kiton məhsullarını haradan almaq olar?
Bakıda Kiton geyim mağazası Neftçilər pr., 93 ünvanında yerləşir. Sifarişlər üçün (050) 240-02-40 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Kiton ilə zəriflik və qüsursuz keyfiyyət dünyasını siz də kəşf edin!