26 C
Baku
Cümə, Sentyabr 17, 2021

KİV: Əfqanıstanın yeni Baş nazirinin adı açıqlanıb

Screen Shot 2021 09 02 at 14.34.20

Əfqanıstanın yeni hökumətinə Molla Məhəmməd Həsən Axund başçılıq edəcək.

TASS xəbər verir ki, bu barədə Pakistanda çıxan “The News” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu barədə qərarı “Taliban”ın ruhani lideri Molla Hibatullah Axundzadə qəbul edib.

Məlumata görə, Şeyx Hibatullah Axundzadə şəxsən Molla Məhəmməd Həsən Axunda baş nazir olmağı təklif edib: “Molla Əbdül Qəni Baradar və Molla Abdus Salam onun müavinləri olacaq”.

Molla Məhəmməd Həsən Axund hazırda “Taliban”ın nüfuzlu orqanı sayılan Şuraya başçılıq edir. O, əslən Qəndəhardandır və “Taliban”ın liderlərindən sayılır.

Qeyd edək ki, bir müddət əvvəl TASS Əfqanıstanın yeni hökumətin tərkibinin sentyabrın 8-də elan olunacağı, Molla Əbdül Qəni Baradarın Baş nazir olacağı barədə xəbər yayılmışdı.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər