8 C
Baku
Thursday, January 8, 2026

KİV: ABŞ-ın hərbi təyyarələri kütləvi şəkildə Avropa bazalarına göndərilir, hədəf İran ola bilər

Son günlər ABŞ hərbi nəqliyyat təyyarələrinin kütləvi şəkildə Avropadakı bazalara uçuşlarının qeydə alınması bu uçuşların İranla bağlı potensial əməliyyatlarla əlaqəli ola biləcəyi ehtimalını gücləndirib.

Banker.az xəbər verir ki, bu barədə “The Week” nəşri məlumat yayıb.

Məlumata görə, qısa müddət ərzində təxminən 10 C17A nəqliyyat təyyarəsinin uçuşu qeydə alınıb.

Məqalədə bildirilir ki, ABŞ rəsmiləri bu hərəkətləri rəsmi şəkildə izah etməyib, lakin hərbi analitiklər və ekspertlər bu uçuşların İranla bağlı potensial əməliyyatlarla əlaqəli ola biləcəyini qeyd edirlər.

Analitiklərə görə, təyyarələrin sayı, istiqaməti və tipik xüsusiyyətləri ABŞ-ın xüsusi əməliyyat təyyarələrinin və strateji hava nəqliyyat imkanlarının istifadə oluna biləcəyini göstərir.

Bildirilir ki, son dəfə belə kütləvi uçuşlar İranın nüvə obyektlərinə zərbə endirilən 12 günlük müharibə zamanı müşahidə olunub.

Son xəbərlər
Digər xəbərlər