ABŞ iqtisadiyyatı dünya üçün ciddi nəticələrə səbəb olacaq yeni “superdövr”ə qədəm qoyub.
Bu barədə Business Insider (BI) yazır.
Məqalədə qeyd olunur ki, əvvəlki dövr ABŞ Federal Ehtiyat Sisteminin (FRS) 2008-ci ildə əsas faiz dərəcəsini 0%-ə endirməsi ilə səciyyələnir ki, qlobal maliyyə sisteminə zərbə vurub.
Qeyd olunur ki, yeni mərhələyə keçid Vaşinqtonun maliyyə siyasətinin bütün proqnozların əksinə olan nəticələri ilə sübut olunur. BI-nin məlumatına görə, yeni iqtisadi superdövrün səciyyəvi cəhəti ölkənin mərkəzi bankı olan ABŞ Federal Ehtiyat Sisteminin (FRS) əsas dərəcəsinin yüksək olmasıdır. Eyni zamanda, dünyada siyasi və iqtisadi qeyri-sabitlik səbəbindən yüksək risklər və inflyasiya təsirləri ola bilər.
İqtisadçıların proqnozlarına görə, gələcəkdə FED-in uçot dərəcəsi təxminən 3,5% təşkil edəcək ki, bu da kreditlərin bahalaşmasına, əmanətlərin və onlar üzrə gəlirlərin artmasına, iqtisadi artıma, eləcə də işçi qüvvəsinə tələblərin sərtləşməsinə səbəb olacaq.