9 C
Baku
Monday, January 12, 2026

KİV: ABŞ-nin sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

ABŞ-nin Ukrayna münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü plan ölkədə rus dilinin dövlət dili kimi tanınmasını nəzərdə tutur.

Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Sənəd həmçinin Rus Pravoslav Kilsəsinin yerli nümayəndəliyinə rəsmi status verilməsini nəzərdə tutur.

Nəşrin məlumatına görə, ABŞ-nin planında Kiyevə hərbi yardımın azaldılması da var.

“Ən önəmlisi odur ki, plan Ukraynanın əsas silah növlərindən imtina etməsini və ABŞ-nin hərbi yardımının azaldılmasını nəzərdə tutur”, – məlumatda deyilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər