31 C
Baku
Tuesday, July 22, 2025

KİV: ABŞ-nin tarifləri İtaliyanın iqtisadi artımını sual altına qoyur

Avqustun 1-dən ABŞ-nin 30%-lik tariflərin tətbiqi İtaliyanın ÜDM-nin 1,4% kumulyativ azalmasına səbəb ola bilər ki, bu da ölkənin cari ildə gözlənilən 0,6% və 2026-cı ildə isə 0,8% iqtisadi artımını faktiki olaraq sual altına qoyur.

Bu barədə İtaliyanın aparıcı biznes qəzeti “Il Sole 24 Ore” “EY Parthenon”un analitik bülleteninə istinadən yazıb.

Qeyd olunub ki, ABŞ tarifləri 2025-2026-cı illər arasında təxminən 30 milyard avro itkilərə səbəb ola bilər.

Ekspertlərin fikrincə, 20% tariflərlə iqtisadi zərər təxminən 20 milyard avro təşkil edəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər