16 C
Baku
Thursday, March 28, 2024

KİV: ABŞ Suriyadan 50 tona yaxın qızıl çıxarıb

ABŞ ordusu Suriyadan təxminən 50 ton qızıl çıxarıb.

Bu barədə yerli mənbələrə istinadən SANA agentliyi bildirib.

Nəşr qeyd edir, Amerika hərbçiləri Deyr-ez-Zor əyalətində terror qruplaşmaları ilə razılığa gəliblər. Döyüşçülər Amerika tərəfinə təhlükəsizliklərinin təminatına əvəz olaraq bütün qızıllarını veriblər.

Qızıllar silahlılar tərəfindən İraqda və Suriyada qarət edilib və Deyr-ez-Zor əyalətində, Baqhuz yaşayış məntəqəsi ətrafında gizlədilib.

Silahlılar tərəfindən verilən qızılın ümumi çəkisi təxminən 40 ton təşkil edib. Bu qızıllarla birlikdə, Amerika hərbçilərinin əlinə terrorçuların başqa yerlərdə gizlətdikləri ləl-cəvahirat da düşüb. Beləcə, ABŞ hərbçilərinin əllərinə düşən qızılın həcmi 50 ton olub.

Qeyd edilir ki, Amerika hərbçiləri terrorçulardan alınmış qızılları gecə vertolyotlarla ölkədən çıxarıblar.

ABŞ qoşunlarını Suriyadan çıxarana qədər bu ölkədə terrorçulara qarşı hava hücumlarını davam etdirmək niyyətindədir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər