12 C
Baku
Friday, December 1, 2023

KİV: “ABŞ Ukraynaya “ağıllı bomba” kompleksləri verməyi planlaşdırır”

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Ukraynaya idarə olunmayan təyyarə sursatlarını “ağıllı bomba”lara çevirən qabaqcıl elektron avadanlıq göndərməyi planlaşdırır.

Bu barədə ABŞ-ın “The Washington Post” nəşri yazıb.

Bildirilib ki, bu silah Rusiyanın hərbi mövqelərini yüksək dəqiqliklə vura bilər.

Məlumata görə, ABŞ ordusu əvvəllər bu texnologiyadan çəkisi 900 kq-a qədər olan hava bombaları üçün istifadə edib.

Vurğulanıb ki, “ağıllı bombalar”ın Ukraynaya çatdırılması Rusiya qüvvələrinin hücumlarının dəf edilməsində mühüm rol oynaya bilər.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də tammiqyaslı işğalın başlanmasından bu günədək ABŞ Ukraynaya təxminən 20 milyard dollar dəyərində təhlükəsizlik yardımı göstərib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X