KİV: Ağ Ev Türkiyəyə qarşı sanksiya tətbiqi və “erməni soyqırımı”nın tanınması barədə qətnamələrə qarşıdır

0
Ağ Ev

ABŞ prezidenti Donald Tramp administrasiyası  Konqresin Aşağı palatasının Türkiyəyə qarşı sanksiya tətbiqi və “erməni soyqırımı”nın tanınması barədə qətnamələrə qarşıdır.

“Bloomberg” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin yüksək vəzifəli işçisi bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Vurğulanıb ki, bu iki təşəbbüs NATO-dakı əsas müttəfiqlə münasibətlərin kəskinləşməsinə səbəb olar.

“Türkiyənin Suriyada apardığı hərbi kampaniyaya cavab olaraq Nümayəndələr palatasına ötən həftə qəbul edilən sanksiya ABŞ-ın əl-qolunu bağlayar”, – deyə Departamentin nümayəndəsi vurğulayıb. 

O, ABŞ prezidenti Donald Trampın bu sənədlərə veto qoyub-qoymayacağına aydınlıq gətirməkdən imtina edib.

Qeyd edək ki, oktyabrın 29-da palata Türkiyəyə qarşı sanksiyaların tətbiqi və “erməni soyqırımı”nın tanınması barədə iki qətnamə qəbul edib.

Report