20 C
Baku
Saturday, November 1, 2025

KİV: Almaniyanın avtomobil sənayesində 200 min iş yeri ixtisar edilə bilər

“Mercedes-Benz” və “Volkswagen” kimi avtomobil istehsalçılarının zəif rüblük nəticələri fonunda Almaniya avtomobil sənayesində təxminən 200 000 iş yeri ixtisar edilə bilər.

Bu barədə “Bild” qəzeti yazıb.

Ekspertlər hesab edirlər ki, Almaniya yeni iş yerlərinin itirilməsi dalğasının astanasındadır.

Almaniyanın “Mercedes-Benz” avtomobil istehsalçısının zərərinin əsas səbəbi işçilərə verilən istirahət müavinətlərinin çox olmasıdır.

Avtomobil nəhəngi “Volkswagen”də də oxşar vəziyyət yaranıb: üçüncü rübdə milyardlarla itkiyə baxmayaraq, onun əsas bölmələri və törəmə şirkəti “Škoda” sabitlik nümayiş etdirir. Lakin mövcud iqtisadi vəziyyət Almaniyada istehsalı gəlirsiz edir.

Çin kimi rəqiblər, eləcə də Aİ ölkələri, məsələn, Macarıstan, şirkətləri aşağı əmək və elektrik xərcləri ilə cəlb edir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər