15 C
Baku
Şənbə, May 28, 2022

KİV: Arayik Arutunyan Ermənistan Prezidentliyinə namizəd olacaq

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası Prezident postuna Baş nazir aparatının rəhbəri Arayik Arutunyanı namizəd göstərəcək.

Bu barədə Ermənistanın “ArmLur.am” saytı öz mənbələrinə istinadən məlumat verib.

Sayt Nikol Paşinyanın köməkçisi Nairi Sarkisyanın bu gün istefaya göndərilməsini də Arutunyanın Prezidentliyə namizəd olması ilə əlaqələndirir.

Belə ki, Sarkisyan Arutunyanın yerinə Baş nazirin aparat rəhbər olacaq.

Xatırladaq ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib.

MənbəApa
Son xəbərlər
Oxşar xəbərlər