Azərbaycanda Nazirlik “Vodefone”nun Ukraynadakı törəməsini ala bilər

0
vodefone

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Vodafone Ukraine” mobil rabitə operatorunu satın almaq niyyətindədir.

Ukraynanın Liga.net xəbər portalına istinadən məlumata görə, “AzInTelecom” artıq aktivlərin yoxlanılması prosesini başa çatdırıb. Sövdələşmə 700 mln. ABŞ dolları təşkil edəcəyi bildirilir. Lakin ekspertlərin fikrincə, “Vodafone Ukraine” şirkətinin satın alınması “AzInTelecom”a 1,2-1,3 mlrd. dollara başa gələ bilər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Qeyd edək ki, “Vodafone Ukraine” hazırda 19,7 mln. abonentə xidmət göstərir. Ötən il şirkətin xalis mənfəəti 1,8 mlrd. qrivna (təxminən 70 mln. dollar), gəlirləri 12,8 mlrd. qrivna (495 mln. dollar) təşkil edib. Şirkət “MTS Group”a daxildir.

Xatırladaq ki, “AzInTelecom” MMC 2015-ci ilin iyun ayından fəaliyyət göstərir. Şirkət 100% dövlətə məxsusdur. Hazırda şirkət Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom”da 51,3%-lik paya sahibdir.


APA