12 C
Baku
Friday, December 5, 2025

KİV: Bu gün Ukrayna və ABŞ nümayəndələrinin növbəti görüşü keçiriləcək

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Rüstəm Umerov ilə ölkənin Baş Qərargah rəisi Andrey Qnatov bu gün Mayamidə (Florida ştatı) ABŞ nümayəndələri ilə növbəti görüşü keçirəcəklər.

Bu barədə “İnterfaks-Ukraina” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, cümə günü Ukrayna nümayəndə heyətinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşnerlə görüşü planlaşdırılıb.

Dekabrın 4-də olduğu kimi, bu görüş də Mayamidə keçirilməlidir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər