Rusiya Prezidenti Vladimir Putinin böyük mətbuat konfransı bu il keçirilməyə bilər.
Bu barədə RBK öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələr bildirirlər ki, böyük mətbuat konfransının ilin sonuna qədər həyata keçirilib-keçirilməməsi ilə bağlı yekun qərar yoxdur.
Qeyd edək ki, 2012-ci ildən başlayaraq hər il dekabr ayında Putin yerli və xarici media üçün illik mətbuat konfransı keçirir.
Mənbə onu da bildirib ki, Rusiya Prezidentinin istifadə etdiyi digər ənənəvi rabitə formatı olan “birbaşa xətt”in bu il keçirilməsi ilə bağlı da hələ yekun qərar yoxdur. Nəşrin digər iki həmsöhbətinin sözlərinə görə, “birbaşa xətt” tədbirinə hazırlıq aparılmır, bununla bağlı yekun qərarda digər məsələlərlə yanaşı, hərbi əməliyyat zonasındakı vəziyyət də nəzərə alınacaq.