24 C
Baku
Wednesday, June 18, 2025

KİV: Çin İrana nəqliyyat təyyarələri göndərib

Çin Xalq Respublikası ən azı üç ədəd “Boeing 747” tipli nəqliyyat təyyarəsini İran ərazisinə göndərib.

Bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Məlumata görə, bu təyyarələr İranın İsraillə müharibəsi zamanı ehtiyac duyduğu silah və hərbi texnikanın daşınması üçün istifadə oluna bilər.

İddialara əsasən, ilk reys İsrailin İrana qarşı hərbi əməliyyata başlamasından bir gün sonra həyata keçirilib. Daha iki təyyarə isə sonradan Yaxın Şərqə çatıb.

Son xəbərlər
Digər xəbərlər