22 C
Baku
Saturday, October 25, 2025

KİV: Əfqanıstan və Pakistan nümayəndələri İstanbulda danışıqlar aparır

Əfqanıstan və Pakistan nümayəndələri sərhəd böhranının həlli yollarını və oktyabrın 19-da Dohada əldə edilən atəşkəsin qorunması üçün şərait yaratmaq məqsədilə İstanbulda görüş keçirirlər.

Bu barədə EFE agentliyi Əfqanıstan hökumətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, bu görüşdə Əfqanıstan nümayəndə heyətinə daxili işlər nazirinin müavini Hacı Nəcib rəhbərlik edir. Pakistan tərəfi nümayəndə heyətinin tərkibi barədə informasiya verməyib.

Xatırladaq ki, oktyabrın 19-da Pakistan və Əfqanıstan Qətərin Doha şəhərində keçirilən danışıqlar zamanı dərhal atəşkəs elan edilməsi barədə razılığa gəliblər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər