Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn həftə Rusiyada Vladimir Putinlə görüşəcəyi gözlənilir.
“Bloomberg” bu barədə Türkiyə mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, görüş Türkiyə Prezidenti Ərdoğanın G20 sammitindən əvvəl sentyabrın 8-də Rusiyaya səfəri çərçivəsində baş tuta bilər.
Görüşdə Qara Dəniz Taxıl Təşəbbüsünün müzakirəsi gözlənilir.