27 C
Baku
Saturday, July 27, 2024

KİV: Ermənistan Hindistandan “MRSAM” HHM almaq istəyir

Ermənistan Hindistandan “MRSAM” hava hücumundan müdafiə (HHM) sistemləri almaq istəyir.

Hindistanın IDRW portalına istinadən xəbər verir ki, bununla rəsmi İrəvan arsenalındakı sovet istehsalı S-125 “Peçora” sistemlərini əvəzləmək istəyir.

Məlumata görə, Hindistan tərəfi öz istehsalı “Akash” və “Akash-NG” sistemlərini təklif edib. Belə ki, Ermənistanın almaq istədiyi “MRSAM” sistemlərinin bəzi texnologiyaları İsraildən əldə olunub.

Bununla belə, portal həmin sistemlərin xarici ölkələrə satışına heç bir məhdudiyyətin qoyulmadığını xatırladıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər