22 C
Baku
Friday, May 24, 2024

KİV: İlon Mask oktyabrın sonunadək “Twitter”i satın ala bilər

“Twitter” sosial şəbəkəsinin və amerikalı iş adamı İlon Maskın nümayəndələri bu ayın sonunadək sosial şəbəkənin satın alınması ilə bağlı saziş imzalaya bilər.

Bu barədə “Bloomberg” agentliyi yazır.

Qeyd olunur ki, hər iki tərəfdən hüquqşünaslar “Twitter”in səhmlərinin satışı üçün məhkəmə tərəfindən təyin olunmuş son tarix olan oktyabrın 28-dək sənədləri imzalaya bilər.

Xatırladaq ki, İ.Mask bu ilin aprelində “Twitter” sosial şəbəkəsini 44 milyard dollara satın almağa hazır olduğunu bildirmişdi. Bir neçə ay sonra isə o, təklifini geri çəkmişdi.

İ.Mask “Twitter”i alacağı təqdirdə şirkətin əməkdaşlarının 75 faizini ixtisar etməyi planlaşdırdığını bildirib.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər