İran Səudiyyə Ərəbistanından ABŞ ilə danışıqların bərpasına kömək etməyi xahiş edib.
Bu barədə məlumatlı iki mənbə “Reuters“ə bildirib.
Məlumata görə, İran Prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmana ünvanladığı məktubunda “İran münaqişə istəmir və regional əməkdaşlığın tərəfdarıdır. Biz nüvə məsələsini diplomatiya yolu ilə həll etməyə hazırıq. Amma hüquqlarımızın təmin olunması şərtilə” sözlərini yazıb.
Qeyd edək ki, hazırda İran və ABŞ arasında nüvə məsələsi ilə bağlı danışıqlar aparılmır.
İran rəsmiləri istənilən mümkün dialoqun yalnız nüvə barəsində olacağını, ballistik raket proqramının gündəliyə daxil edilməyəcəyini vurğulayıb.






