KİV: İran PUA-ların ilk partiyasını Rusiyaya göndərib

İran istehsalı olan PUA-ların ilk partiyası Rusiyaya çatdırılıb.

Bu barədə “The New York Times“ ABŞ-dakı rəsmi mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, dronları Rusiyaya yük təyyarələri 19 avqustda çatdırıb. 2 ayrı növdən olan PUA-ların Ukraynaya qarşı istifadə edilməsi mümkündür.

Qeyd edək ki, bir müddət əvvəl İran Rusiyaya dron satışına dair xəbərləri təkzib edib.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər