22 C
Baku
Friday, April 26, 2024

KİV: “İran Rusiyaya raket kompleksi bağışlayıb”

Rusiya İranın silah qaçaqmalçılığı şəbəkələrinin köməyi ilə Ukraynadakı hərbi əməliyyatlarda istifadə etmək üçün İraqdan sursat və hərbi texnika alır.

Bunu “The Guardian” nəşri yazıb.

Məlumata görə, Moskvanın mart ayında Ukraynadakı uğursuz kampaniyasından sonra Braziliya istehsalı olan RPG və tank əleyhinə raketlər, həmçinin Braziliya istehsalı olan çoxsaylı reaktiv yaylım atəşi sistemləri İraqdan Rusiyaya göndərilib.

Mənbə bildirib ki, həmçinin Tehran hakimiyyəti Moskvaya İran istehsalı olan və Rusiyanın S-300-ə bənzər “Bavar 373” raket kompleksi də bağışlayıb.

Məlumatda qeyd olunub ki, həmin yüklər İranın Ənzəli limanından Həştərxana göndərilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər