İsrail İrana yenidən zərbələr endirə bilər.
Bu barədə NBC mənbələrə istinadən məlumat yayıb.
“İsrail rəsmiləri İranın ballistik raket proqramını genişləndirməsindən getdikcə daha çox narahatdırlar və prezident Donald Trampı təkrar hücum variantları barədə məlumatlandırmağa hazırlaşırlar”, – məlumatda deyilir.
Məlumata görə İsrailin baş naziri Benyamin Netanyahu yeni hücum üçün İranın addımlarının təkcə Təl-Əviv üçün deyil, həm də Vaşinqtonun maraqları da daxil olmaqla bütün region üçün təhlükə yaratmasını arqument olaraq gətirəcək.
Məqalədə həmçinin qeyd olunur ki, Netanyahunun Trampa ABŞ üçün seçimlər təqdim etməsi gözlənilir ki, bu seçimlər də hər hansı yeni hərbi əməliyyatlarda iştirak etmək və ya kömək etməkdən ibarətdir.








