6 C
Baku
Saturday, December 14, 2024

KİV: Makron istefa ehtimalını nəzərdən keçirir

Fransa Prezidenti Emmanuel Makron sağçıların Avropa Parlamentinə seçkilərdə uğur qazanması fonunda istefa vermə ehtimalını nəzərdən keçirir.

Bu barədə “Europe 1” radiostansiyası bildirib.

“Europe 1″in xəbərinə görə, istefa məsələsini Prezident Makron özünün həmsöhbətlərindən biri ilə müzakirə edib.

“Prezidentin istefası tabu deyil. Bəli, bu gün biz bütün ssenariləri nəzərdən keçirməliyik. O, beş illik səlahiyyət müddətinin sonunu qurban verməyə hazırdır”, – Prezidentə yaxın mənbə bildirib.

“Europe 1” əlavə edir ki, bu, açıq-aydın üstünlük verilən variant olmasa belə, Prezidentin istefası perspektivi qarşıdan gələn seçkiləri dramatikləşdirmək üçün kampaniyaya xidmət edə bilər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər