Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı “Donetsk Xalq Respublikası”nın Ukrayna Silahlı Qüvvələrindən tam azad edilməsini istəyib.
Bu barədə məlumatı “The Washington Post“ qəzeti iki yüksək vəzifəli mənbəyə istinadən yayıb.
“Rusiya Prezidenti Vladimir Putin müharibənin dayandırılması üçün şərt kimi Kiyevdən Donetsk üzərindəki nəzarətdən tam imtina etməyi tələb edib”, – nəşr qeyd edir.