15 C
Baku
Thursday, October 23, 2025

KİV: Rusiya Arktikada Avropa texnologiyası ilə gizli kəşfiyyat şəbəkəsi qurub

Rusiya son bir neçə ildə nüvə arsenalını qorumaq və NATO sualtı qayıqlarını izləmək məqsədilə “Harmony” adlı gizli sualtı kəşfiyyat şəbəkəsi yaradıb.

“LeMonde” qəzeti bu barədə “Russian Secrets” araşdırmaçı qrupunun hesabatına istinadən məlumat yayıb.

Hesabatda bildirlir ki, Rusiyanın yaratdığı sistem Artikada dənizin dibində minlərlə kilometr kabel, sensor və sonar avadanlıqlarından ibarət şəbəkədir.

Tədqiqatlara görə, Rusiya bu şəbəkənin yaradılması üçün yüksək texnologiyalı avadanlıqları Avropa, ABŞ və Yaponiyadan vasitəsiçi şirkətlər vasitəsilə gizli şəkildə əldə edib.

Bildirilir ki, bu şəbəkənin qurulması Avropanın həssas texnologiyaların Rusiyaya ixracını nəzarət altında saxlamaq qabiliyyətinə dair suallar doğurur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər