Rusiya və Ukrayna enerji atəşkəsi ilə bağlı ilkin razılığa gəlib.
Bu barədə Rusiya KİV-i hərbi müxbirlərə istinadən məlumat yayıb.
Məlumata görə, bu gündən etibarən Rusiya və Ukrayna hərbçilərinə enerji infrastrukturuna zərbə endirmək qadağan edilib.
Qeyd olunub ki, hazırda məsələ ilə bağlı rəsmi şərh yoxdur və Ukrayna mənbələri də öz növbəsində hələlik razılaşmanı təsdiqləməyib.






