Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yaxın vaxtlarda geri çağırılacaq.
Bu barədə yerli “Hraparak” qəzeti yazıb.
Nəşrin yazdığına görə, diplomatın fəaliyyəti ilə bağlı müəyyən narazılıqlar var.
Qeyd edək ki, S.Kopırkin 2018-ci ilin aprelində bu vəzifəyə təyin olunub və fəaliyyət müddətinin bitməsinə az qalıb.