Prezident Vladimir Putin Rusiya iqtisadiyyat və ordusunu o səviyyədə zəiflədib ki, onun supergüc statusunun bərpasına 30 il lazım olacaq.
Bunu “The Times” yazıb.
Bildirilib ki, Ukraynada 100 mindən çox Rusiya hərbçisi ölüb:
“Kreml dövlətinin illik büdcəsinin dörddəbirini müharibəyə xərcləyib”.
Qəzetin yazdığına görə, Ukrayna Rusiya tanklarının yarısını məhv edə bilib:
“Moskva raket, sursat və mərmi ehtiyatını qısa bir zamanda istifadə etdi”.
Britaniya hökumətindəki yüksək vəzifəli mənbələrindən biri “The Times”a bildirib ki, iqtisadi və hərbi gücünü bərpa etmək üçün Rusiyaya 20-30 il lazım ola bilər.