Səudiyyə Ərəbistanı OPEC+ sazişi çərçivəsində may və iyun ayları üçün neft hasilatının uzadılmasına dəstək verməyə hazırdır.
Bu barədə mənbəyə istinadən “Reuters” agentliyi bildirib.
Məlumata görə, krallıq hakimiyyəti də neftin qiymətlərini artırmaq üçün istehsal ölkəsi tərəfindən könüllü şəkildə ixtisar müddətini uzatmağa hazırdır.
“Onlar (Səudiyyə Ərəbistanı hakimiyyəti – red) kifayət qədər güclü tələbat müşahidə etmirlər və qiymətlərin düşməsinin qarşısını almaq istəyirlər”, – mənbə agentliyə bildirib.
Dünən bildirilib ki, dünya bazarlarında səhər saatlarında 2 % həcmində azalan neft qiymətləri günortadan sonra artmağa başlayıb. İnvestorlar Süveyş kanalındakı vəziyyəti qiymətləndirirlər, həmçinin görüşlərdən əvvəl OPEC+ razılaşması ilə bağlı xəbərləri gözləyirlər.
Ötən həftə neft qiymətləri investorların hadisələrin tədarükə təsiri ilə əlaqədar birmənalı olmayan qiymətləndirmələri səbəbindən dəyişkən olub: neft əvvəlcə 4-6 % dəyər itirib, daha sonra qiymət bərpa olunub, ardından yenidən eniş və artım olub.
Report