7 C
Baku
Monday, March 9, 2026

KİV: “Saudi Aramco” tenderlər vasitəsilə təcili neft tədarükünü həyata keçirməyi təklif edib

Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti bir sıra nadir tenderlər vasitəsilə təcili neft tədarükü təklif edib.

“Bloomberg”in məlumatına əsasən, bu qərar Hörmüz boğazının faktiki olaraq bağlanması fonunda qəbul edilib. Bu da tədarükləri Qırmızı dəniz vasitəsilə yönləndirməyə məcbur edir.

“Saudi Aramco” üç növ neft təklif edib – “Arab Extra Light”, “Arab Heavy” və “Arab Light”.

Son günlər ərzində şirkət bu növlərdən təxminən 4,6 milyon barel təklif edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər